Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Şuşanın azad edilməsi həm də böyük psixoloji qələbədir” – Səxavət Məmməd cəbhədən xəbər verir

“Azərbaycan ordusu düşmənə qarşı effektli əks-hücum əməliyyatları həyata keçirir”.

Bunu döyüş bölgəsində noyabrın 9-u saat 13:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Səxavət Məmmədin məlumatına görə, dünən axşam saatlarından başlayaraq, erməni silahlı qüvvələri Ağdam, Tərtər və Ağcabədinin yaşayış məntəqələrini fasiləsiz atəşə tutublar:

“Bu gün səhər saatlarından etibarən, Ağdam rayonunun qərb və şərq istiqamətlərindəki mövqelərimiz və yaşayış məntəqələri yenidən düşmən artilleriyasının atəşinə məruz qalıb.

Hazırda bu istiqamətlərdə döyüşlər davam edir və Azərbaycan ordusu düşmənə qarşı effektli əks-hücum əməliyyatları həyata keçirir”.

Əməkdaşımız bildirib ki, Şuşa şəhərinin işğaldan azad olunması Vətən Müharibəsində həm də çox əhəmiyyətli psixoloji qələbədir:

“Şuşa şəhərinin işğaldan azad olunması cəbhəboyu ərazilərdə xüsusilə qeyd olundu, bu münasibətlə ehsanlar verildi. İnsanlar psixoloji cəhətdən tam rahatdılar. Əvvəllər mülki əhalidə suallar çox idi, ancaq indi bu narahatlıq aradan qalxıb. Şuşanın azad olunması əhalinin səbirsizliyinə son qoydu.

Vurğulayım ki, havanın yaxşı keçməsi də əməliyyatların uğurla aparılmasında mühüm rol oynayır. Bu baxımdan, insanlar havanın yaxşı keçməsi üçün də dua edirlər”.

Gülşən Şərif

www.yenicag.az

271