Şuşanın məscidin ermənilər tərəfindən təhqir edilməsi faktı üzə çıxdı

media-hightechnic-468x90

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərə baxış keçirilərkən məscidlərimizin ermənilər tərəfindən təhqir edilməsi barədə növbəti faktlar üzə çıxıb.

DİN-in mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, Şuşa rayonunun Malıbəyli kəndində XVII əsrdə tikildiyi ehtimal edilən Malıbəyli məscidinin də vaxtilə işğal altında olan digər məscid və abidələrimiz kimi heyvan ahırı qismində istifadə olunduğu aşkar edilib.

Qeyd edək ki, Malıbəyli məscidinin minarəsi hələ 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən uçurdulub, tavanı bir neçə yerdən yandırılaraq yararsız hala salınıb. Dini, tarixi və mədəniyyət abidələrimizə qarşı törədilmiş bu vəhşilik erməni vandalizminin əyani sübutudur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa