“Azərbaycan Dəmir Yolları” QSC (ADY), "Visa", Azərbaycan Mərkəzi Bankı (AMB) və "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) ölkədə ilk dəfə dəmir yollarında sərnişinlərin gediş haqlarını bank kartları ilə təmassız ödənişi sisteminin yaradılmasına dair birgə addımlar atır.