Müharibə və qadınlar... Sarsılmayan zərif güc... Oğlu şəhid olan Mayanın anbara çevrilmiş evi... - Səxavət Məmməd yazır
Müharibədə yalnız döyüşməklə qalib gəlmək mümkün deyil. Qələbə arxa və ön cəbhənin vəhdəti sayəsində qazanılır. “Müharibə kişilərin işdir”, deyirlər. Lakin müharibədə qadınların fəaliyyətini əsla danmaq olmaz. Bu zaman həkimlər, tibb bacıları daha çox göz önünə gəlsələr də, xanımların işi tək bununla məhdudlaşmırdı.