!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taksi sürücüləri “Uber”i məhkəməyə verdi

!Reklam – Yazi

İngiltərədə 11 minə yaxın taksi sürücüsünün 2012-2018-ci illər arasında Londonda taksi rezervasiya qaydalarını pozduğu səbəbilə “Uber”ə qarşı iddia qaldırdığı bildirilib.

Yenicag.az Böyük Britaniya mətbuatına istinadən xəbər verir ki, “Uber”in 2012-ci ilin mayından 2018-ci ilin martına qədər paytaxt Londondakı fəaliyyətləri ilə bağlı bu gün Ali Məhkəmədə qrup davası açılacaq.

Təxminən 11 min taksi sürücüsü iddia edib ki, “Uber” ictimai nəqliyyat sisteminin operatoru “Transport for London”-u taksi sifarişi sistemini necə işlətdiyi barədə yanlış məlumatlandırıb və buna görə də şəxsi icarəyə lisenziyalaşdırma qaydalarını pozub.

Sürücülərin iddiasının ən az 250 milyon sterlinq dəyərində olduğu və hər taksi sürücüsünün təxminən 25 min sterlinq alacağı qeyd olunub.

www.yenicag.az

156
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv