Taksilərdə QEYRİ-ETİK DAVRANIŞ: “Ciddi sanksiyalar tətbiq olunmasa…” - VİDEO

media-hightechnic-468x90

Son vaxtlar Bakıda fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə qarşı etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət aparmaları və digər neqativ halların artması cəmiyyətdə narazılıqla qarşılanır. Ötən gün paytaxtda hazırlığa apardığı məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü hüquq mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunub.

media-banner_tuq

Mövzunu Yenicag.az-a şərh edən nəqliyyat eksperti Eldəniz Cəfərov vəziyyətdən çıxış yollarını göstərib:

“Taksidə istismar olunan nəqliyyat vasitələrinin daxilində videoqeydiyyatçı olmalıdır və taksinin içərisində baş verən bütün hadisələr qeydiyyata alınmalıdır. Bu qərar var, təəssüf ki, taksi şirkətləri hələ də bu qərara əməl etmirlər, öz bildiklərini etməyə davam edirlər. Qurumlar bu taksi şirkətlərinə ciddi sanksiyalar tətbiq etməlidir, hətta onların Azərbaycanda fəaliyyətinə son qoymalıdır”, deyən ekspert bu kimi halların qarşısının alınması üçün əlaqədar qurumlara çağırış edib.

Videonu təqdim edirik:

Cəvahir

Samir Məcidov

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05