Taleyi naməlum Diffamasiya Haqqında qanun
Əflatun Amaşov: Növbəti ildə Azərbaycan özünün Diffamasiya haqqında qanunvericilik sahəsində əsas rol oynayan qanuna malik olacaq”
Artıq bir neçə ildir ki, Azərbaycanda diffamasiya haqqında qanunun qəbul edilməsi vacibliyi vurğulanır. Amma hələlik bu qanun i.ıq üzü görməyib. Bu ildə onun qəbuluna olan ümidlər özünü doğrultmadı. Görəsən, 2015-ci ildə bu istiqamətdə dönüş yaranacaqmı?
Mətbuat Şurasının sədri Əflatun Amaşov gələn il üçün ümid edir ki, belə bir qanun işıq üzü görəcək: “Azərbaycanda kütləvi informasiya vasitələri sahəsində kifayət qədər loyal qanunvericilik mövcuddur. Düşünürəm ki, Diffamasiya haqqında qanunun qəbul edilməsilə bağlı Azərbaycanda qanunvericilik yaradıcılığı tamamlanacaq və kütləvi informasiya vasitələri haqqında qanunvericilik tam tələblərə cavab verəcək. Azərbaycanda jurnalistlərin müstəqil fəaliyyət göstərməsi üçün kifayət qədər baza mövcuddur. Bu istiqamətdə verilən informasiya əldə etmək haqqında qanunlar bir sıra inkişaf etmiş ölkələrin anoloji qanunlarından daha liberaldır və daha çox dövrün tələblərinə cavab verir. Düşünürəm ki, növbəti ildə Azərbaycan özünün Diffamasiya haqqında qanunvericilik sahəsində əsas rol oynayan qanuna malik olacaq”.
Rüfət