!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Taliban” hərbi bazaya hücum etdi - YENİLƏNİB

!Reklam – Yazi

Əfqanıstanın Məzari-Şərif şəhəri yaxınlığında “Taliban” silahlıları hərbi bazaya hücum edib.

Yeniçağ.Az-ın “Trend”-ə istinadən verdiyi məlumata görə, hücum nəticəsində azı 70 Əfqanıstan ordusunun üzvü həlak olub.

Xəbərdə deyilir ki, atışma gün boyu davam edib. Azı 10 “Taliban” silahlısı məhv edilib.

***

Əfqanıstanın Məzari-Şərif şəhəri yaxınlığında “Taliban” silahlıları hərbi bazaya hücum edib.

Virtualaz.org “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində 50-ə yaxın insan ölüb. Cavab atəşi ilə bir neçə silahlının da öldürüldüyü bildirilir.

İlkin məlumata əsasən, hücumda hədəf məscid olub. Hazırda hərbi bazada döyüş gedir.

Yeniçağ.Az

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv