!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taliban lideri bu qədər maaş alacaq

!Reklam – Yazi

Əfqanıstanda Taliban lideri Heybətullah Axundzadə ayda 228 min 750 əfqan (təxminən 2 400 dollar) maaş alacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Taliban müvəqqəti hökumətinin Maliyyə Nazirliyinin sözçüsü Əhməd Vəli Hakmal açıqlama verib.

O, müvəqqəti hökumətin baş nazirinin müavini Məhəmməd Həsən Axundun isə maaşının 198 min 250 əfqan (təxminən 2 min dollar) olacağını bildirib.

Digər nazirlərin aylıq maaşı 137 min 250 əfqan (təxminən 1430 dollar) olacaq.

Əfqanıstanda minimum əmək haqqı isə 5 min əfqan (təxminən 52 dollar) təyin edilib. Hakmal bu qərarın tezliklə qüvvəyə minəcəyini bildirib./Axar/

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv