“Taliban” silahlıları hərbi məktəbə hücum ediblər:104 ölü-Foto

media-hightechnic-468x90

cd3449a46eb7b0d554d0be5f6c8897ef“Taliban” silahlılarının Pakistanda hərbi məktəbə hücumu nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb.

Ölənlər arasında kursantlar, müəllimlər və təhlükəsizlik xidmətinin əməkdaşları var.

Taliblərin hücumu zamanı həmçinin 100-dən çox adamın yaralandığı bildirilir.

Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, hazırda məktəb binasının yanında polislərlə taliblər arasında atışma gedir.

***

“Taliban” silahlıları Pakistanın Peşavər şəhərində yüzlərlə tələbə və müəllimi girov götürüblər.

Ölkənin hüquq-mühafizə orqanları ən azı 6 silahlı şəxsin hərbi təmayüllü məktəbə daxil olduğunu bildiriblər.

Məktəbdə təxminən 500 tələbə və müəllimin olduğu söylənilir.

“Qəflətən atəş səsləri eşidildi, xaos yarandı, müəllimlər və şagirdlər qışqırmağa başladılar”, – deyə məktəb avtobusunun sürücüsü bildirib.

“Taliban” sözçüsü Məhəmməd Umar Xorasani isə taliblərin məktəbə daxil olduğunu təsdiqləsə də, onlara uşaqlara zərər yetirməmək barədə təlimat verildiyini bildirib. O qeyd edib ki, hədəfdə yalnız hərbi personaldır.

Son məlumatlara görə, hücum zamanı 12 nəfər ölüb, 40 nəfər yaralanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600