!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Talibandan İrana MESAJ - "Əfqanıstanın daxili işinə qarışma" - ŞƏRH

Reklam: Sinerji Pro

“1996-cı ildə Taliban ilk dəfə Əfqanıstanda hakimiyyətə gələndə Qəndəhar şəhərində İranın 12 diplmatının başını kəsib sərhəddə qoydulr ki, gəlin yiyə durun. Taliban son hadisədə də İrana bir mesaj verdi ki, Əfqanıstanın daxili işinə qarışma”.

Bu fikri İran Əfqanıstan sərhəddində Talibanın İranın qurduğu iki postu ələ keçirməsi və münaqişənin yaranma səbəblərini şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov bildirib ki, İrana bir qədər əvvəl yerini Azərbaycan göstərdi, indi də Taliban:

“Azərbaycan İrana yerini diplomatik şəkildə sərt dillə göstərdi. İran düşünürdü ki, Azərbaycan geri çəkiləcək. İran Azərbaycanla sərhəddinə yaxın ərazidə təlimlərə başladı. Azərbaycan bundan çəkinmədi və öz mövqeyini ortaya qoydu.

Baxmayaraq, Əfqanıstan zəif ölkədir, ancaq Taliban öz sözündən geri çəkilmədi. Taliban nəinki silahlı müxalifətdir, artıq neçə illərin təcrübəsinə malik ABŞ kimi dövləti geriyə çəkilməyə məcbur edən silahlı və siyasi qüvvədir. Taliban İrana öz yerini göstərdi, İran da öz səhvini başa düşdü və anlaşılmazlıq olub deyərək geri çəkildi.

Talibanın xüsusi təyinatlı qüvvələri olan 313-cü Bədri Briqadası dünyanın ən güclü xüsusi təyinatlıları ilə yarışa biləcək döyüş qabiliyyətinə malikdir. Həmin briqada ABŞ-dən qalan silah-sursatla silahlanıb. 313-cü Bədri Briqadası İŞİD-ə qarşı Əfqanıstanda mübarizə aparır, onları məhv edir.

Taliban hazırda Əfqanıstanın quruluşu ilə məşğuldur. Yaxın zamanlarda biz onun tanınmasının şahidi olacağıq.

İranın baxmayaraq böyük qüvvəsi var. Ancaq bildi ki, o işdə doğru deyil, geri çəkilməyə məcbur oldu. İran əzələ nümayiş etdirmək istəyirdi, Taliban onu yerinə otuzdurdu. İranın 22 dövlətlə sərhəddi var. Ermənistandan başqa digər dövlətlərlə problemi var”.

Səxavət Məmməd

www.yenicag.az

202
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100