“Taliban”ın əsas komandirlərindən biri məhv edilib

media-hightechnic-468x90

talibanƏfqanıstan Təhlükəsizlik qüvvələri ölkənin şimal-şərqində yerləşən Bağlan əyalətində “Taliban” radikal hərəkatının əsas komandirlərindən birini məhv edib.

Bu barədə Yenicag.az “Report”-a istinadən xəbər verir.

“Kəşfiyyat məlumatları əsasında hərəkət edərək, təhlükəsizlik qüvvələri bu gün səhər saatlarında Bağlan əyalətində pusqu qurub, nəticədə “Taliban”ın mühüm komandirlərindən biri Molla Sibqatulla öldürülüb, onun adamları qaçmağa müvəffəq olub”, – Əfqanıstan təhlükəsizlik qüvvələrinin nümayəndəsi bildirib.

Məlumata əsasən, Sibqatulla bir neçə il ərzində Bağlan əyalətində terror fəaliyyətinin təşkil olunmasında iştirak edib.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600