!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Taliban”ın maliyyə “möcüzəsi”: Əfqanıstan valyutası necə möhkəmlənir?

!Reklam – Yazi

Əfqanıstanın milli valyutası əfqani sürətlə möhkəmlənən valyutaların ilk üçlüyünə daxil olub.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu ilin əvvəlindən etibarən, əfqani 14 faiz dəyər qazanıb.

Bu göstəriciyə əsasən, sürətlə möhkəmlənən milli valyutaların ilk üçlüyünə daxil olan əfqani artım tempinə görə Kolumbiya və Şri-Lanka valyutaları ilə eyni sırada qərarlaşıb.

Bir sıra ölkələrdə terror təşkilatı kimi tanınan “Taliban”ın Əfqanıstanda hakimiyyətə gəlişindən sonra əfqaninin belə sürətlə möhkəmlənməsi mütəxəssisləri də təəccübləndirib.

Ekspertlər isə hesab edirlər ki, bu artım ilk növbədə dünya birliyinin Əfqanıstana göndərdiyi dəyəri milyardlarla dollar olan humanitar yardımdan qaynaqlanır.

Eyni zamanda, Əfqanıstanın qonşu ölkələrlə ticarət dövriyyəsinin artması da əfqaninin möhkəmlənməsinə təkan verib.

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv