Taliblər “Azadlıq” və “Amerikanın səsi”ni kəsdi

media-hightechnic-468x90

Əfqanıstanda “Taliban” hərəkatının formalaşdırdığı müvəqqəti hökumət “Azadi” (“Azadlıq” radiosu) və “Amerikanın səsi” radiostansiyalarının FM diapazonunda yayımını qadağan edib. 

 

Yenicag.az xəbər verir ki, bu barədə “Khaama Press” informasiya agentliyi Əfqanıstan Mədəniyyət və İnformasiya Nazirliyinin bəyanatına istinadla məlumat yayıb.

“Əfqanıstanda “Azadi” və “Amerikanın səsi” radiolarının yayımı ABŞ işğalından sonra başlayıb, indi isə hadisələrin birtərəfli işıqlandırılması və jurnalist etikasına riayət edilməməsi səbəbindən dayandırılır”, – deyə nazirliyin yayıma nəzarət xidmətinin rəhbəri Abdul Haqq Hamada bildirib.

Qeyd edilib ki, hər iki radionun yayımı dekabrın 1-dən dayandırılıb./Modern.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600