!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TANAP tam gücünə 2022-ci ildə çatacaq

!Reklam – Yazi

“Cənub Qaz Dəhlizi”nin ən uzun hissəsi olan Trans-Anadolu qaz kəməri (TANAP) 2022-ci ildə tam gücünə çatacaq. TANAP-ın maksimal buraxılış gücü ildə 16 milyard kubmetr təşkil edəcək.

Yenicag.az xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

O qeyd edib ki, layihə təkcə Türkiyənin boru sənayesində 1 milyard dollardan çox dövriyyə yaradıb:

“TANAP istismar mərhələsində də Türkiyə iqtisadiyyatına töhfə verməkdə davam edəcək. TANAP 2022-ci ildə tam gücünə çatdıqdan sonra ölkə daşımalardan ildə 1,5 milyard dollardan çox gəlir qazanacaq. Layihədə 30 faizlik paya sahib olan BOTAŞ ildə 500 milyon dollar gəlir əldə edəcək”.

www.yenicag.az

503
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv