!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış aparıcı: “İctimai nəqliyyatda güzəştli sistem tətbiq olunmalıdır”

!Reklam – Yazi

Metro və avtobuslarda gedişhaqqının artırılması müəyyən təbəqələr üçün güzəştlərin tətbiqi məsələsini gündəmə gətirib.

Yenicag.az-a açıqlama verən tanınmış aparıcı Fira Cəlilova güzəştlərin vacib olduğunu bildirib:

“Nəqliyyat sistemində güzəşt sistemi tətbiq olunmalıdır. Orta məktəb şagirdləri üçün gedişhaqqı ümumiyyətlə ödənişsiz olmalıdır. Çünki çoxuşaqlı və sosial təminatı aşağı olan ailələr var. Tələbələrə, eləcə də təqaüdçülərə isə ictimai nəqliyyatdan istifadə zamanı güzəştlər tətbiq olunmalıdır. Qardaş Türkiyə və digər ölkələrdə güzəştli kartlar vasitəsi ilə bu iş həyata keçirilir. Ümid edirəm, bizdə də belə sistem tətbiq olunar”.

Qeyd edək ki, Azərbaycanda da vaxtilə ictimai nəqliyyatda güzəştli kartlar olub və əhalinin müəyyən təbəqqəsi bu sistemdən faydalanıb.

Cəvahir

 

COP29

www.yenicag.az

986
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv