Reklam

Reklam

gul_807Türkiyənin “Cümhuriyyət” qəzetinin baş redaktoru Can Dündar və qəzetin Ankara müxbiri Erdem Gül həbsdən azad ediliblər.
Ötən il noyabrın 26-da həbs olunan jurnalistlər dünən azadlığa buraxılıblar.

Qeyd edək ki, onlar silahlı terror təşkilatına üzv olmadan dəstək vermək və dövlət sirrini yaymaqda təqsirləndiriliblər. Jurnalistlər bu həbslə mətbuat azadlığının və onların şəxsi hüquqlarının pozulmasını əsas gətirərək, azadlığa buraxılmaları üçün ölkənin Konstitusiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə müraciətə baxıb və jurnalistlərin şikayəti təmin olunub.

Xatırladaq ki, jurnalistlər Türkiyədən Suriyaya silah daşıyan TIR-larla bağlı yaydıqları xəbərə və görüntülərə görə prokurorluğa dəvət olunublar. Onlar ifadə verdikdən məhkəmədə barələrində həbs qətimkan tədbirinin seçilib. Həmin vaxt prokurorluğun qərarı ilə bu mövzunun mediada işlənilməsinə rəsmən qadağa qoyulub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 80
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."