!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış müğənni: “Səsi yoxdur, qalmaqal hesabına gündəmdədir”

!Reklam – Yazi

“Səsi yoxdur, amma qalmaqal edərək tanınıb. İndi ən bərkgedən müğənnilərin çoxu vaxtilə qalmaqalla “tutuzduranlardır””.

Bunu həmkarı Əməkdar artist Mətanət İsgəndərlinin “Bəzi qalmaqallar qurma olur, məsələn, biri həmkarına deyir ki, sən məni söy, mən də səni” fikrinə münasibət bildirərkən müğənni Eldəniz Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Müğənni vaxtilə qalmaqal etmək üçün hətta efirlərə qonorar ödəyən həmin sənətçilərin bu gün çox yuxarıdan getdiklərini, hətta verilişlərə çıxmaqdan belə imtina etdiklərini bildirib:

“Elə qalmaqallar əvvəllər daha çox olurdu. Şəxsən özüm də o qalmaqalların şahidi olmuşam. İndi isə o illərlə müqayisədə o qədər də yoxdur. O mübahisələr də, şou-biznesin təbirincə desəm, yaxşı da “tuturdu”.
Vaxtilə qalmaqal edən tannımış müğənnilərimiz və aşıqlarımız var ki, bu gün gündəmdədir. Hansi ki, heç düz-əməlli səsləri, ifaları da yoxdur. Sadəcə qalmaqal edib, tanınıblar. Hətta tanınmaq üçün qonorar ödəyib efirə çıxan müğənnilər də olub. Efirə çıxıb qalmaqal yaradıblar, gündəm olublar. Amma indi vaxtilə ona-buna söz atıb gündəmə gələn o müğənniləri efirlərə çağırırlar, onlar isə heç verilişə də getmirlər”.

Sənətçi adının qalmaqalda hallanmamasının səbəblərini açıqlayıb:

“Hamı bilir ki, mən həmişə o qalmaqallardan uzaq olmuşam. Sənətimlə, halal zəhmətimlə oxuyub, müəyyən kütlə tərəfiindən tanınmışam. Təəssüflər olsun ki, müəyyən kütlə var ki, o qalmaqalları qəbul edir. Kiminsə kimisə təhqir etməsini, söyməsini, biabır etməsini ciddi qəbul efənlər də var. Buna təəssüf edirəm”.

Cəvahir

www.yenicag.az

669
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv