!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanklar Donbasa daxil oldu

!Reklam – Yazi

14970Minskdə Ukrayna münaqişəsi üzrə danışıqlar gedərkən Rusiya Silahlı Qüvvələrinin onlarla ağır hərbi texnikası Donbasa daxil olub.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Antiterror əməliyyatı qrupunun sözcüsü Andrey Lısenko açıqlama verib.

Onun sözlərinə görə, fevralın 12-də gecə saatlarında Rusiya-Ukrayna sərhədində yerləşən “İzvarino” məntəqəsindən onlarla Rusiya tankı keçib.

“Bir gecədə Ukraynaya 50-dən çox tank daxil olub. Onlarla “Qrad” reaktiv raket sistemləri və BTR-lər gətirilib”, – deyə Lısenko bildirib.

Qeyd edək ki, Rusiya tərəfi bu xəbərləri təkzib edir.

Onu da bildirək ki, Minskdə “Normand formatı” çərçivəsində keçirilən görüşdə atəşkəs haqqında qərar qəbul edilib. Rusiya prezienti Vladimir Putin bəyan edib ki, fevralın 15-dən bölgədə atəş dayandırılacaq.

www.yenicag.az

575
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv