!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Tarif Şurası qiymət artırılmasında aktivlik göstərir, digər qurumlar isə..." - İqtisadçıdan sərt TƏNQİD

!Reklam – Yazi

“Tarif Şurası sadəcə qiymət bahalaşması ilə bağlı məsələlərdə aktivlik göstərir, digər qurumlar isə vətəndaşların hüququnu müdafiə etmirlər”.

Bu sözləri nəqliyyat sektorunun idarəetmə sistemini tənqid edən iqtisadçı Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda gediş haqqı artırılsa da, bu artım xidmət sektorunda çalışan vətəndaşların əməkhaqqında artıma səbəb olmayacaq. Bu isə doğru yanaşma deyil:

“İctimai nəqliyyatda gediş haqqının artırılması gözlənilən qərar idi. Lakin bu artımın ailə büdcəsinə mənfi təsir edəcəyi şübhəsizdir. Nəqliyyat sektorundakı əsas problemlərdən biri şəffaflığın olmaması və korrupsiyanın genişlənməsidir.

Məsələ ondadır ki, qiymət artımı xidmət müəssisələrinin rəhbərlərinin daha da varlanmasına səbəb olacaq. Həmin müəssisələr maliyyə hesabatlarını dərc etmirlər. “BakuBus” və Metropoliten illərdir ki, eyni auditorlarla davam edirlər. Bu, kooperativ idarəetmə sistemin olmadığını göstərir. “Bakubus” və bütövlükdə “BakıKART”a xidmət edən şirkət indiyə kimi BNA-nın rəhbəri Vüsal Kərimlinin özəl şirkətidir və hər gedişdən 5 faiz gəlir götürürlər. Əvvəllər 30 qəpikdən 1.5 qəpik götürürdülərsə, indi 40 qəpikdən 2 qəpik götürəcəklər. Daha sonra yığılan pulları Azərbaycandan çıxarırlar və xarici ölkələrin iqtisadiyyatına sərmayə qoyurlar. Nəticə etibarilə qurum tərəfindən istehlakçıların hüquqları nəzərə alınmır.

Tarif Şurası sadəcə qiymət bahalaşması ilə bağlı məsələlərdə aktivlik göstərir, digər qurumlar isə vətəndaşların hüququnu müdafiə etmirlər. Hətta müharibə veteranlarına və tələbələrə də güzəşt edilmir. Baxmayaraq ki, bəzi ölkələrdə yaşlı insanların belə ictimai nəqliyyatdan istifadə etməsi ödənişsizdir. Təəssüf ki, Azərbaycanda xidmət səviyyəsində artım yoxdur. Bu artım əhalinin alıcılıq qabiliyyətini aşağı salır”.

Gülşən Şərif

www.yenicag.az

370
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv