!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tarif Şurasından benzin və dizellə bağlı QƏRAR

!Reklam – Yazi

Tarif (qiymət) Şurasının 31 avqust 2022-ci il tarixində növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib.

Şuradan Yenicag.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” 23 avqust 2022-ci il tarixli Qərarı ilə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının aksiz dərəcələrində dəyişiklik olunub.

Qərara əsasən, Aİ-92 markalı avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18 faizdən 18,3 faizə dəyişdirildiyindən Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 26 iyul 2022-ci il tarixli Qərarına yenidən baxılması və Nazirlər Kabinetinin Qərarına uyğunlaşdırılması zərurəti yaranıb.

Qeyd edək ki, aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətinə təsir göstərmir və həmin məhsulların mövcud pərakəndə satış qiyməti dəyişmir. Belə ki, Tarif (qiymət) Şurasının Qərarı ilə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiymət zəncirində daxili dəyişiklik edilərək, artan aksiz məbləğləri qədər istehsalçı tarifləri azaldılıb, topdansatış tarifləri isə mövcud səviyyədə saxlanılıb.

Qərar 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minir.

COP29

www.yenicag.az

683
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv