“Tarixdə millətin iradəsinə qalib gələn qüvvə yoxdur” – Əli Həsənov “15 iyul”dan danışdı – Yenicag.Az

Reklam

Reklam

2016-cı il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin ikinci ildönümü ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 15 iyul dövlət çevrilişi cəhdinin qardaş ölkənin tarixində çətin sınaq olduğunu vurğulayıb:

“Azərbaycanlı ziyalıların hamısı həmin anın şahidi idi. Qardaş ölkədə baş verənləri ürək ağrısı ilə seyr edirdik. Səhərə qədər Azərbaycan xalqı yatmadı. Ölkə başçısı cənab İlham Əliyev lazımlı mesajlar göndərdi. Dövlət başçımız bu hadisədən dərhal sonra qardaş ölkəyə lazımi dəstəyin göstərilməsi ilə əlaqədar tapşırıqlarını verdi. Xalqın iradəsinə qarşı çıxanlar xainlər idi”.

Azərbaycanda da 1994-1995-ci illərdə dövlət çevrilişinə cəhdlərin olduğunu xatırladan dövlət rəsmisi, ümummilli lider Heydər Əliyevin liderliyi ilə bu cəhdlərin qarşısının alındığını vurğulayıb:

“Biz də belə hadisələri yaşamışıq. Lakin, o zaman ümummilli lider Heydər Əliyev onların qarşısına xalqın iradəsi ilə çıxdı. Onların qarşısına silahlı dəstə çıxarmadı. Bir dənə çağırış etdi ki, Azərbaycan dövlətini dəstəkləyənlər meydanlara çıxsınlar. Yüzminlərlə vətəndaş öz sinəsini sipər edərək o silahlı, azğınlaşmış quldur dəstələrinin qarşısına çıxdılar. Onu demək istəyirəm ki, millətin iradəsinə qalib gələn qüvvə tarixdə yoxdur və bundan sonra da olmayacaq”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2276
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."