!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuşa şəhərindəki Mamay bulağı öz tarixi görkəminə qaytarılır - FOTO

!Reklam – Yazi

İşğal dövründə Şuşa şəhərindəki tarixi Mamay bulağının ermənilər tərəfindən özününküləşdirilməsinə cəhd edilmişdi.

Yenicag.az xəbər verir ki, bulağın üzərində olan ərəb əlifbalı kitabə işğal dövründə dəyişdirilərək erməni dilində olan xaç və simvollarla əvəz edilmişdi. Bununla yanaşı əvvəllər mövcud olmayan yeni simvol və yazılar da əlavə olunmuşdu. Hazırda ermənilər tərəfindən əlavə olunan bütün simvol və yazılar sökülərək, bulaq öz əvvəlki görkəmində bərpa edilir.

Qeyd edək ki, Mamay bulağı yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Bulaq 1898-1899-cu illərdə yerli tacir Səməd ağa Cavanşirin sifarişi ilə tikilib.

Mamay bulağı Qarabağ memarlığının inkişafında yeni mərhələ təşkil edir və Şuşa memarlığına xas olan xüsusiyyətləri özündə əks etdirib. Baş fasad hissəsi düzbucaqlı şəkildə birləşmiş, incə və mürəkkəb quruluşlu sütunlarla bəzədilmişdi. Bulağın divar hissəsi əhəng məhlulundan ibarət yerli daşlardan hörülmüş, dəmir damla örtülmüşdü.

COP29

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv