“Taxta bazarı”ndakı yanğına görə sığorta ödənişi veriləcək?

media-hightechnic-468x90

Bu gün Bakının Dərnəgül qəsəbəsində yerləşən və “Taxta bazarı” kimi tanınan inşaat materialları bazarında yanmış əmlaklar sığortalı olmayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi məlumat yayıb.

“Yanğın baş verən ərazi açıq məkan olduğu üçün burada “Daşınmaz əmlakın icbari sığortası” deyil, “Əmlakların yanğından və digər risklərdən sığortası” aktualdır. Bu sığorta növünün isə könüllü olduğunu nəzərə alsaq, bazardakı malların və materialların sığortalı olmaması sahibkarların sığortaya biganə yanaşması və yaxud sığortalanmaq üçün lazımi tələblərə riayət etməməsindən qaynaqlana bilər”, – deyə açıqlamada qeyd olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600