Tayvan və İran masada: Vaşinqton Çini "SSRİ modeli" ilə yıxa bilərmi? – ANALİZ

media-hightechnic-468x90

“Tramp – Si Cinpin görüşündə Tayvan və İran məsələləri müzakirə edilib”

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

media-whatsapp-image-2026-05-14-at-12-41-30

Politoloq ABŞ Prezidenti Donald Trampın Çin səfəri çərçivəsində reallaşan liderlər görüşünü və müzakirə olunan kritik beynəlxalq mövzuları şərh edib:

“ABŞ Prezidenti Donald Trampın Çinə gözlənilən səfəri baş tutdu. Səfərin 15 mayadək davam etməsi planlaşdırılır. Əsas məqsəd ticarət, iqtisadi əməkdaşlıq və ikitərəfli münasibətlərdəki fikir ayrılıqlarını aradan qaldırmaq, həmçinin ABŞ–İran qarşıdurması da daxil olmaqla, qlobal məsələlər üzrə mövqeləri koordinasiya etməkdir.

Səfərin ilk gününün ən diqqətçəkən məqamı Pekində Çin Prezidenti Si Cinpin ilə Donald Tramp arasında keçirilən görüş oldu. Tərəflər təmkinli, lakin kifayət qədər prinsipial mövqe nümayiş etdirirdilər. Tramp bildirib ki, hazırda dünyada yalnız iki supergüc var  ABŞ və Çin.

“Biz iki supergücük. Hərbi güc baxımından Yer üzündə ən güclü ölkə ABŞ-dır. Çin isə ikinci hesab olunur. Heç kim bizə yaxınlaşa bilməz deyə ABŞ Prezidenti vurğulayıb.

Tramp Çini supergüc kimi qəbul etsə də, Pekini “ikinci” adlandırmaqla hələ də üstün mövqedə olduğunu nümayiş etdirməyə çalışır. Əslində, bu ritorika həm də müəyyən narahatlığın göstəricisidir. SSRİ-nin süqutundan sonra Vaşinqton üçün əsas rəqib məhz Çindir. Pekinin artan iqtisadi və maliyyə potensialı Vaşinqtonu ciddi narahat edir. Son illərdə Çinin strateji limanları uzunmüddətli icarəyə götürməsi, ABŞ-ın “dollar diplomatiyası”na bənzər üsullardan istifadəsi və hərbi bazalar yaratmaq cəhdləri Vaşinqton üçün mühüm siqnallardır”.

Politoloq liderlərin görüşündə müzakirə olunan siyasi düyünlərə də toxunub:

“ABŞ ilə Çin arasında toqquşan maraqlar kifayət qədər çoxdur. İqtisadi rəqabətlə yanaşı, tərəfləri birbaşa qarşı-qarşıya gətirə biləcək siyasi məsələlər daha geniş müzakirə tələb edirdi. Təsadüfi deyil ki, görüşdə Tayvan və İran mövzuları ətraflı nəzərdən keçirilib. Si Cinpin Trampla söhbətində açıq şəkildə bildirib ki, Tayvan məsələsinin düzgün həll edilməməsi Pekinlə Vaşinqton arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər. O, bu problemi iki ölkə münasibətlərindəki “qırmızı xətt” və ən mühüm məsələ adlandırıb: “Tayvan məsələsi düzgün həll olunarsa, münasibətlərdə sabitliyi qorumaq olar. Əks halda, dövlətlər münaqişə ilə üz-üzə qala bilər”.

ABŞ rəsmən Tayvanın müstəqilliyini tanımasa da, ada ilə diplomatik, iqtisadi və hərbi təmaslarını genişləndirir ki, bu da Pekin üçün qəbuledilməzdir. Hazırda bu məsələ tərəflər arasında real müharibə riskini daşıyan əsas faktordur. Lakin Çin Vaşinqtonla total müharibəyə girməkdənsə, ABŞ-ın diqqətini yayındırmaq üçün Rusiya və İrana ciddi maliyyə-hərbi dəstək verir. Beləliklə, ABŞ resurslarını Ukrayna və İran istiqamətlərində tükətməli olur ki, bu da Çinin Tayvanda manevr imkanlarını artırır”.

T. Rzayevin fikrincə, görüşün pərdəarxasında Çinin İrana verdiyi dəstək mühüm rol oynayır:

“ABŞ başa düşür ki, İranla gərginliyin uzanması Pekinin maraqlarına xidmət edir. Trampın Pekinə səfərinin bir səbəbi də Çinin Tehrana verdiyi dəstəyi müzakirə etməkdir. Vaşinqton resurs tükəndirən uzunmüddətli qarşıdurmalardan yayınmaq üçün Çinlə ortaq məxrəcə gəlməyə çalışır.

Bir həqiqət var: Çin SSRİ deyil və Vaşinqton onu köhnə modellərlə dağıda bilməz. Çinin iqtisadiyyatı liberal və kapitalist əsaslara söykəndiyi üçün ABŞ iqtisadiyyatı ilə sıx bağlıdır. Pekini çökdürmək cəhdi ABŞ-ın özünə ağır zərbə vura bilər. Nəticə etibarilə, Trampın bu səfəri müəyyən uzlaşma cəhdi olsa da, yaxın perspektivdə radikal dəyişikliklər gözlənilmir. Rəqabət hələ uzun müddət davam edəcək”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05