Reklam

Reklam

tayvanzelzele67Tayvanın cənubunda Rixter şkalası ilə 6,4 bal gücündə zəlzələ olub.

Zəlzələ nəticəsində ən az 5 nəfərin öldüyü, 377 insanın yaralandığı bildirilir. 200-ə yaxın tayvanlı dağıntılar altından çıxarılıb.

Yerli medianın yazdığına görə, ciddi zərər görən binalardan biri də rezidensdir. 17 mərtəbəli, 60 mənzilli rezidensdə 100-lərlə insanın yaşadığı təxmin edilir. Xilasedicilər binadan 2 nəfərin cəsədini çıxarıb. 127 nəfər isə xilas edilib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin yerin 10 km dərinliyində baş verdiyini, bu səbəbdən təkanların çox güclü olduğunu bildiriblər. Zəlzələ təxminən 40 saniyə çəkib.(Aznews)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 55
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."