Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Mtatsminda dağında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Yenicag.az xəbər verir ki, şəhərin əsas simvollarından biri olan teleqüllə 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpasının 30-cu ildönümü ilə əlaqədar göy, qırmızı və yaşıl rənglərdə işıq saçır.

İşıqlandırma Tbilisi meriyası tərəfindən həyata keçirilib.

Qeyd edək ki, Tbilisi teleqülləsi bu il artıq ikinci dəfədir Azərbaycan bayrağının rənglərinə boyanıb. Teleqüllə ilk dəfə 28 May – Respublika Günündə üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılıb.

www.yenicag.az

180
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100