!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TƏBİB rəsmisinin anası koronavirusa yoluxdu

!Reklam – Yazi

TƏBİB rəsmisinin ailəsində də koronavirus aşkar edilib.

Yenicag.az xəbər verir ki, virus qurumun mətbuat katibi Rəvanə Əliyevanın ailə üzvində tapılıb. R.Əliyevanın anasının COVİD-19 testi pozitiv çıxıb.

R.Əliyevanın “BakuPost”a verdiyi məlumata görə, hazırda anası xəstəxanada müalicə edilir. Ailənin digər üzvlərindən də koronavirus testi götürülüb.

TƏBİB rəhbəri Ramil Bayramlı da qeyd etmişdi ki, onun da yaxınları, qohumları arasında koronavirusa yoluxanlar var: “Təəssüf ki, onlar da digər vətəndaşlar kimi karantin qaydalarına riayət etməyib, ad günü, yas mərasimlərində bu virusa yoluxublar. Hətta həkimlərimiz arasında da qaydalara riayət etməyənlər var. Biz Azərbaycan Tibb Univerasitetinin dosentini itirdik. O da ad günündə koronavirusa yoluxmuşdu. Özü öldü, ailə üzvləri isə xəstəxanadadır”.

Xatırladaq ki, adıçəkilən qurumun mətbuat xidmətinin rəhbəri bir neçə gün öncə “Facebook” səhifəsində yazı paylaşaraq insanları daha diqqətli olmağa, məsuliyyətli davranmağa çağırmışdı. “”İnanmıram” deyənlər çoxdur dostluğumda, ələ salanlar da eləcə… Lap yaxınlarımdan da bunu yazanlar var.. Bizim gecəmiz-gündüzümüz, istirahətimiz yoxdur sizin kimi məsuliyyəti olmayan eqoistlərə görə. Bu müddətdə o qədər “inanmıram” deyib, sonra hansısa yaxını üçün yalvaranlar oldu ki… Testin nəticəsi hələ bəlli olmadan “xahiş edirəm, yerləşdirin xəstəxanaya” deyənlər… Mütləq özümüzə çatanda inanmalıyıq?! Mən istəmirəm sizin kimi məsuliyyətini dərk etməyən vətəndaşlara görə mənim əzizlərimə gəlib çatsın bu virus. Yuxarıda sadaladığım halların hər birinin əsasında heç nə vecinə olmayan xəstəliyi yayan insanın məsuliyyətsizliyi durur. Kimlərsə “inanmıram” deyərək sahibi olduğu restoranının, kafesinin durumunu qurtarmaqçün insanları inanmamağa səsləyən postlar paylaşırsa, bu eqoistlikdir”.

www.yenicag.az

1297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv