29 yaşlı gənc qadın amansızlıqla qətlə yetirilib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, qandonduran hadisə İngiltərədə baş verib. Vyetnamlı gənc qadın daşınmaz əmlak işi üçün 39 yaşlı Stefan Unvinin evinə gedib. Məlum olub ki, kişinin məqsədi heç də iş deyil. Belə ki, o, 50 yaşlı dostu Vilyam Makfal ilə əvvəlcədən əlbir olaraq, qadına təcavüz etməyi planlaşdırıblar.
Qadının yaxınları uzun müddət ondan xəbər ala bilməyəndə polisə müraciət ediblər. Polis qadının cəsədini yol kənarında yanmış bir avtomobildə aşkarlayıb. Daha sonra ətrafdakı təhlükəsizlik kameralarının arxivini izləyən polis dəhşətli həqiqəti üzə çıxardıb. Məlum olub ki, Vilyam və Stefan qadını avtomobilin içinə salaraq maşını yandırıb, bu da bəs deyilmiş kimi hələ bir maşının qarşısında selfi də çəkdiriblər.
Araşdırma nəticəsində məlum olub ki, iki cani qadının bank hesabını da oğurlayaraq, pullarından istifadə ediblər.
www.yenicag.az