Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Təcili tibbi yardım TƏBİB-dən niyə alındı? - Nazirlə sədr arasında narazılıq

Dünən axşamdan etibarən təcili və təxirəsalınmaz tibbi yardım xidməti Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) alınaraq yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Yenicag.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, dünən axşam saatlarında TƏBİB-in İdarə heyyətinin sədri Ramin Bayramlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevi işdən kənarlaşdıraraq onun yerinə Cavanşir Fərəcov təyin edib.

Baş verən bu hadisə R. Bayramlı ilə səhiyyə naziri Oqtay Şirəliyev arasında anlaşılmazlığa səbəb olub. Nazir bu təyinatla bağlı öz narazılığını bildirib.

Beləliklə də, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası yenidən Səhiyyə Nazirliyinin balansına qaytarılıb, Rauf Nağıyev isə yenidən əvvəlki vəzifəsinə təyin edilib.

www.yenicag.az

1091
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100