!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təcridxanada özünü asan MTN polkovniki Bakıda dəfn edildi

!Reklam – Yazi

122424_res_01Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyev “Qurd qapısı” qəbrustanlığında dəfn edilib.

İ.Əliyev saat 13 radələrində torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun atası Mustafa Əliyev və yaxınları iştirak edib.

İ.Əliyevin dəfni zamanı çəkilişə icazə verilməyib.

Xatırladaq ki, dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs-qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib.

İlqar Əliyev əslən Göyçay rayonundan idi.(musavat)

www.yenicag.az

499
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv