!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhlükə ilə üz-üzə qalan ŞAGİRDLƏR - Məktəb dağılır, qurumlar verdiyi vədə əməl etmir - VİDEO

!Reklam – Yazi

Qubanın Vəlvələ kənd məktəbi dağılmaq üzrədir.

Yenicag.az xəbər verir ki, 300-dən çox şagirdin təhsil aldığı şəhid Çingiz Mürsəlov adına tam orta məktəb istismar dövrünü başa vurub. 1950 ci illərdə yataqxana kimi istifadə edilib.

Sonradan bu tikili kənddə məktəbin istifadəsinə verilib. 1960-cı illərdən məktəb kimi fəaliyyət göstərən bu tikili artıq dağılmaq üzrədir.

Bakı-Quba yolunun kənarında yerləşən bu uçuq tikilinin ətrafını da kənd sakinləri zəbt edib ki, bununla da məktəbin sahəsi daha da azalıb.

Bundan əlavə məktəbin həyətində yüksək gərginlik elektrik naqilləri keçir ki, buda orada təhsil alan məktəblilərə təhlükə yaradır.

Adiyyatı qurumlar dəfələrlə məktəbə gəlib yeni məktəbin tikiləcəyi sözü verib getsələr də, hələ də bu uçuq bina göz dağı olaraq qalır. /Dogru.tv/

www.yenicag.az

512
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv