Təhlükəli evlilik təklifi

media-hightechnic-468x90

indir (2)Hollandiyada bir aşiqin eşq izharı iki ev yıxdı.

Hadisə Eysselsteyn şəhərində baş verib.

Bu şəhərin sakini qaldırıcı kran kirayə edib, sevgilisinin yaşadığı evin qarşısına sürdürüb. O, kranın ilgəyində oturaraq sevgilisinə evlilik təklifi etmək niyyətindəydi. Amma…

Kran düzgün bərkidilmədiyindən aşaraq qonşunun evinin üstünə aşıb. Onu şaquli vəziyyətə gətirmək cəhdləri daha pis olub: bu dəfə kran o biri evin damını dağıdıb.

Xoşbəxtlikdən, xəsarət alan olmayıb. Bəxtsiz bəyi həbs etməyiblər. Polis bildirir ki, qız ona ərə getməyə razılıq verib və sevgililər bu vacib hadisəni qeyd etmək üçün Parisə yollanıblar.

(milli.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600