Tehran-Tel-Əviv xəttində nüvə təhdidi: "İsrailin nüvə düyməsinə əl atması..." - ANALİZ

media-hightechnic-468x90

“Belə bir addım regional miqyasda dağıntılara, qlobal diplomatik təcridə və genişmiqyaslı beynəlxalq münaqişəyə səbəb ola bilər”.

media-banner_tkm

Bu fikirləri Yenicag.az-a açıqlamasında britaniyalı politoloq Neil Uotson səsləndirib.

media-17702950913631119464_1200x630

O, mediada İsrailin nüvə silahından istifadə edə biləcəyinə dair yayılan iddialara münasibət bildirib.

Politoloqun sözlərinə görə, bu cür iddialar adətən regionda gərginliyin pik həddə çatdığı dövrlərdə gündəmə gəlir:

“İsrail uzun illərdir ki, ‘nüvə qeyri-müəyyənliyi’ siyasətini qoruyub saxlayır. Bu doktrinaya əsasən, ölkə nə nüvə silahına malik olduğunu rəsmən təsdiqləyir, nə də bunu təkzib edir. Analitiklərin əksəriyyəti İsrailin nüvə potensialına sahib olduğunu ehtimal etsə də, bu barədə rəsmi bəyanat verilməyib”.

Neil Uotson vurğulayıb ki, strateji baxımdan nüvə silahları döyüş meydanında istifadə olunan vasitə kimi deyil, çəkindirici amil kimi qiymətləndirilir:

“Məhz bu səbəbdən, istənilən dövlət üçün nüvə silahına əl atmaq həddi son dərəcə yüksəkdir. ABŞ və İsrail arasında sıx təhlükəsizlik və diplomatik əlaqələr mövcuddur. Vaşinqton tarixən Yaxın Şərqdə nüvə silahlarının yayılmamasını və regional sabitliyi dəstəklədiyini bəyan edib. Hər hansı dövlətin nüvə silahından istifadəsi ağır siyasi, humanitar və geosiyasi fəsadlara yol açar, eləcə də qlobal təhlükəsizlik balansını kökündən dəyişərdi. Odur ki, böyük güclərin belə bir eskalasiyanın qarşısını almaq üçün ciddi təzyiq göstərəcəyi hamı tərəfindən qəbul edilir”.

Politoloq mövcud şəraitdə nüvə silahının tətbiq edilmə ehtimalını olduqca aşağı qiymətləndirib:

“Belə bir addım regional miqyasda dağıntılara, qlobal diplomatik təcridə və daha geniş beynəlxalq münaqişəyə səbəb ola bilər. Ümumilikdə, nüvə eskalasiyası ilə bağlı müzakirələr daha çox siyasi vəziyyətin gərginliyini əks etdirir və yaxın perspektivdə real hərbi qərarların göstəricisi hesab olunmur”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05