!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tək Laçın və Kəlbəcərdə deyil, Qubadlıda da...” - Ekspertdən hava limanı TƏKLİFİ / VİDEO

!Reklam – Yazi

“Hava limanlarının inşasında, xüsusilə, Çin və Hindistan təcrübəsindən istifadə etmək olar”.

Bir neçə gün öncə prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı bildirib ki, Laçın və ya Kəlbəcər rayonlarında yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb.

Bununla yanaşı, ölkə başçısı Azərbaycan Hava Yolları (AZAL) şirkətinə tapşırıq verib ki, həmin hava limanı istifadəyə verildikdən dərhal sonra qonşu ölkələrin bəziləri ilə hava nəqliyyatı təmin edilsin.

Nəqliyyat eksperti Aslan Əsədov mövcud proseslə bağlı Yenicag.az-a açıqlamasında qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizin relyefi hava limanı kimi əhəmiyyətli layihələrin icrası üçün böyük vəsait zərurəti yaratsa da, bundan çəkinmək lazım deyil:

“İşğaldan azad olunmuş ərazilərimizdə beynəlxalq hava limanının inşa edilməsi təqdirəlayiqdir. Laçın və Kəlbəcər rayonu yüksək dağlıq ərazilərdən ibarət olsa da, xarici dövlətlərin praktikasından istifadə edə bilərik.

Dağlıq ərazilərdə inşa edilən elə hava limanları var ki, buludlardan da yuxarıda yerləşir. Hava limanlarının inşasında, xüsusilə, Çin və Hindistan təcrübəsindən istifadə etmək olar.

Düzdür, dağların düzən formasına gətirilməsi üçün ciddi maliyyə vəsaiti tələb oluna bilər. Lakin ortada məqsəd və tələbat varsa, o vəsaiti ayırmağa dəyər”.

Gülşən Şərif

www.yenicag.az

1402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv