Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Tək Millət, Tək Ürək” layihəsinin növbəti dayanacağı Neftçala və Yardımlı rayonları olub - FOTOLAR

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çağırışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Azərbaycan Türkiyə İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın dəstəyi ilə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində bölgələrdə həyata keçirilən işlər sürətlə davam etdirilir.

Yenicag.az xəbər verir ki, “Tək Millət, Tək Ürək” layihəsi çərçivəsində şəhid və qazi ailələri ilə növbəti görüş Neftçala və Yardımlı rayonlarında olub.

Görüşə kampaniya nümayəndələri ilə yanaşı millət vəkili Sabir Rüstəmxanlı da qatılıb.

Sabir Rüstəmxanlı bu kimi layihələrin həyata keçirilməsinin önəminə diqqət çəkərək təşkilatçılara öz minnətdarlığını bildirib.

“Hüseyin Büyükfırat Birinci Qarabağ Savaşında da yardım sahəsində önəmli işlər görmüşdü. Hüseyin Büyükfırat və Türkiyənin iş adamları bu çalışmalarını bu gün də davam etdirir və bu sahədə flaqman rolunu oynayırlar. Təbii ki, biz də bu layihədən kənar qala bilməzdik və bundan sonra da layihədən heç bir dəstəyimizi əsirgəməyəcəyik”, – deyə Sabir Rüstəmxanlı qeyd edib.

www.yenicag.az

223