!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tələbə krediti ŞƏRTLƏRİ: Tələbələrə hansısa köməyi dəyəcəkmi? - ŞƏRH

!Reklam – Yazi

Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, standart tələbə krediti alanlar üçün iki şərt mövcuddur. Birincisi, semestr üzrə müvəffəqiyyət göstəriciləri 71 baldan yüksək olmalı və illik təhsil haqqının 20 faizini ödəməlidirlər. Əgər tələbə bakalavrda təhsil alırsa və birinci semestrdə kredit əldə etmək istəyirsə, qəbul balı 300 və daha yuxarı olmalıdır. İkincisi, magistraturada bu bal 50-100 aralığında, subbakalavrda isə 110-300 aralığında olmalıdır. Lakin bu şərtlər cəmiyyətdə birmənalı qarşılanmayıb və tənqid edilib.

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov Yenicag.az-a açıqlamasında bildirib ki, məlum narazılıqlar heç də doğru yanaşma deyil:

“Tələbə Kredit Fondunun şərtləri sosial və standart olmaqla iki istiqamət üzrədir. Qeyd olunan kreditlərin verilməsinin başlıca səbəblərindən biri təhsildə əlçatanlığı təmin etməkdən ibarətdir. Hansı ki, sosial durumu nisbətən aşağı olan şəxslərə dəstək veriləcək. Digər səbəb isə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir. Standart tələbə krediti məhz stimullaşdırıcı tədbirlərə daxildir. İrəli sürülən şərtlərin tam doğru olduğunu hesab edirəm. Sosial durumu yaxşı olan və tələbə təhsil krediti almaq istəyənlər təbii ki, dərslərini daha yaxşı oxumalıdır və göstəriciləri müsbət olmalıdır. Əslində qeyd olunan şərtlər tələbə təhsil krediti verilən bir çox ölkələrlə müqayisədə ölkəmizdə daha yumşaq formadadır. Bu şərtlərlə verilən kreditlərdən yararlanan tələbələr bilməlidirlər ki, yaradılan imkan onların gələcəkdə daha savadlı kadr kimi formalaşmasına şərait yaradacaq”.

Gülşən Şərif

www.yenicag.az

725
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv