!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tələbələrə narkotik satan müəllim məktəbdən qovuldu

!Reklam – Yazi

Belçikanın Aalst şəhərindəki Rəqəmsal İncəsənət Akademiyasının rəhbərliyi adı açıqlanmayan ingilis dili müəlliminin tələbələrə narkotik satdığını aşkar edib.

Yenicag.az xəbər verir ki, yaşı 18-dən az olan şagirdlərə dərman verən müəllimin müqaviləsinə məktəb rəhbərliyi xitam verib. 50 yaşlı müəllimin məktəbdə müvəqqəti dərs dediyi bildirilib.

Müəllimin narkotik maddəni dərsdən sonra verdiyi öyrənilib. İndiyədək nə qədər tələbənin dərmanla təmin olunduğu araşdırılır.

Bildirilib ki, məktəb rəhbərliyi hadisədən xəbər tutan kimi polisə məlumat verib, polis və prokurorluq araşdırmalara başlayıb.

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv