!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tələbələri stresə salan qərarlar: "Təhsil haqqının 50 faizindən az hissəsini ödəyənlər..." - ETİRAZ

!Reklam – Yazi

Odlar Yurdu Universitetindən tələbələrə gələn mesajda Vergi Məcəlləsindəki dəyişikliklərə görə təhsil haqqının 50 faizindən az hissəsini ödəyənlər semestr imtahanına buraxılmayacaqlar.

Bu dəyişikliklə bağlı təhsil eksperti Elçin Əfəndi öz fikirlərini Yenicag.az-la bölüşüb.

Onun sözlərinə görə, universitetlər tərəfindən tələbələri qorxudan və stresə salan qərarların verilməsi düzgün yanaşma deyil:

“Odlar Yurdu Universitetinin özəl təhsil müəssisəsi olduğunu nəzərə alsaq, nəzərdə tutulan qərarı uyğun hesab etmək olar. Çünki universitet özbaşına qərarlar verməkdə sərbəstdir. Hər bir halda universitet
kompromisə getməyi bacarmalıdır. Əgər tələbənin hazırda təhsil haqqını ödəmək kimi imkanı yoxdursa, tələbənin valideynləri ilə profilaktik söhbət aparıla bilər. Eyni zamanda, mövcud vəziyyətdə tələbə təhsil kreditinin götürülməsi ilə bağlı valideynlərə məlumat verilə bilər. Hesab edirəm ki, tələbənin üzərinə qorxuducu təkliflərlə getmək doğru yanaşma deyil. Universitet semestr imtahanına təhdid kimi yanaşmamalıdır.

Xüsusən də ölkə başçısının müvafiq olaraq hər dəfə səsləndirdiyi fikir var ki, hər bir Azərbaycan vətəndaşı üçün təhsilin əlçatanlığı təmin olunmalıdır. Bu fikir istər özəl, istərsə də dövlət universitetlərinə şamil olunmalıdır. Universitet rəhbərliyi tələbəni kənarlaşdırmalı deyil, əksinə tələbəyə dəstək olmalıdır. Artıq 1 ildən çoxdur ki, ölkə başçısının fərmanı ilə ölkədə Tələbə Təhsil Kredit Fondu fəaliyyət göstərir. Tələbələrin müəyyən hissəsi fondun yaratdığı imkanlardan yararlana bilib. Bundan başqa, ölkə başçısının fərmanına əsasən Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu yaradılıb. Tələbənin ödənişlə bağlı çətinliyi yarandıqda Elm və Təhsil Nazirliyinin rolu daha vacib əhəmiyyət kəsb edir”.

Gülşən Şərif

www.yenicag.az

2084
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv