“Telegram” hücumları Xidmət tərəfindən araşdırılır

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) tərəfindən “Telegram” üzərindən həyata keçirilən kiberhücumlarla bağlı araşdırmalar davam etdirilir.

Bu barədə Yenicag.az-a Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

Bildirilir ki, hazırda kiberəməliyyatla bağlı 112 saxta domen və 18 IP ünvanı MRLab tərəfindən nəzarətə götürülmüşdür. Sözügedən resursların fəaliyyəti araşdırılır və istifadəçilərə təsir dərəcəsi qiymətləndirilir.

Mövzu ilə bağlı əlavə məlumatlar mərhələli şəkildə XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) rəsmi saytında paylaşılacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa