Belaruslu ər-arvad “Telegram”da mesajlaşarkən paylaşdıqları”ekstremist materiallar”a görə 8-ci dəfə həbs edilib.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Minsk məhkəməsi şəxsi yazışmalarında “ekstremizmi təbliğ etmək” ittihamı ilə 26 yaşlı Sergey Krupeniç və onun xanımı Anastasiya Krupeniç-Kondratyeva barəsində inzibati həbs qərarı çıxarıb.
Məlumata görə, Sergey Krupeniçə 15, Anastasiya Krupeniç-Kondratyevaya isə 14 sutka həbs cəzası kəsilib.
Qəribədir ki, sözügedən ər-arvad ilk həbs edildikləri gündən bu yana artıq 84 gündür ki, təcridxanada saxlanılır.
Onların inzibatə həbs cəzası sona yaxınlaşanda, hər ikisinə yenə də eyni ittiham əsasında sutkalıq həbs cəzası verilir.