!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Telekanallar arasında “Real” fərq - Eldəniz Elgün yazır

!Reklam – Yazi

“İnformasiya elə bir silaha çevriləcək ki, bunun qarşısında nüvə silahı belə aciz qalacaq”.

Zamanında deyilmiş bu fikir indi reallığın özüdür və dünyanın yenidən formalaşması, parçalanması, idarə olunması informasiya savaşının qalibləri tərəfindən həyata keçirilir. Belə bir məqamda isə ümumilikdə dəyərlər, vərdişlər gücünü itirir, kütləni, insanları onların yaratdıqları informasiya idarə edir və yaranan virtuallıq reallığı ayaqlar altına salır. Zamanında Freyd ümumbəşəri faciəviliyin səbəblərini izah edən zaman idda edirdi ki, insanın tə¬biətin bir hissəsi olması onun təbiət qanunları əsasında idarə olunmasını tələb edir. İnsan təbiət qanunları ilə idarə olunsaydı, onda onun xoşbəxtliyi tamamilə təmin olunardı. Üzərindən on illər keçəndən sonra aydın oldu ki, insanla təbiət qanunları arasında bir informasiya uçurumu yaradılıb və Freydin insan psixikasını aydınlaşdırarkən apardığı “Mən”, “O” və “fövqəl Mən”in və ya “ideal Mən”in gücü “Onların” yaratdıqları və bəzən idarəolunmaz hala çatan informasiyanın diqtəsindən asılıdır. Beləliklə çıxarılan nəticə budur ki, dünya və dünyanın bir parçası olaraq Azərbaycan bu şərtlərdən kənara çıxa bilməz , informasiya məkanında ən azı özünün yığcam meydançasını yaradaraq özünmüdafiə taktikasından imtina etməməlidir. Bəs necə?

Dövlətin informasiya siyasəti və əldə olan resurslar

Azərbaycanın regional siyasi proseslərə təsiri, Avropanın enerji təhlükəsizliyində oynadığı rol bir tərəfdən ölkəmizin əhəmiyyətini və gücünü nə qədər artırırsa, bir o qədər də rəqiblərin və əks mövqedə dayanan güclərin əhatəsini genişləndirir. Sözsüz ki, buna görə tərəflərin zaman-zaman üz-üzə gəlməsi baş verir və yuxarıda göstərdiyimiz kimi informasiya savaşı qaçılmaz olur. Onu da unutmayaq ki, bu savaşı daha da kəskinləşdirən faktorlardan biri sosial şəbəkələrin mövcudluğudur. Yada salaq ki, “Bahar inqilabı” və Liviya, Suriya, Misir kimi dövlətləri viranə halına salınması prosesi də sosial şəbəkələrdən start götürdü. Bu səbəbdən hazırda dövlətin informasiya siyasətinin daha çevik olmasına və ölkədəki yazılı və elektron media vasitələrinin daha peşəkar şəkildə fəaliyyət göstərməsinə ehtiyac böyükdür. Məhz, belə bir ərəfədə “REAL TV” meydana çıxdı və fəaliyyətinin artıq bir ili tamam oldu. Buna görə gəlin, bir yaşlı Real TV-nin və ümumilikdə televiziyaların fəaliyyətinə diqqət ayıraq.

Real tv-nin iddialı başlanığıcı

Real TV yarandığı ilk gündən xəbər kanalı olacağını bəyan etdi və fəaliyyətində müxtəlif xətlər ortaya çıxdı. Bunlar nə idi?
1. Real Tv dünya xəbər ailəsinin üzvü olmaq iddiasını nümayiş etdirdi və CNN, BBC və s. kanallar kimi xəbər məkanının coğrafiyasını kifayət qədər genişləndirdi. Tamaşaçı bu kanalı izləməklə dünyada baş verən istənilən prosesi daha geniş şəkildə görə bildi və xəbərlərin təqdimatı ilə paralel olaraq, baş verənlərin Azərbaycana, regiona təsirini də görməyə başladı. Başqa cür desək, Real Tv bir daha göstərdi ki, dünyada baş verən proseslər hansısa formada Azərbaycana da təsir edir və Azərbaycan tamaşaçısı məhəlli düşüncədən xilas olmalıdır. Ən maraqlısı isə bu oldu ki, Real TV yaranmış bir fikri alt-üst edə bildi. Başqa cür desək, hər zaman səsləndirilən “Azərbaycan tamaşaçısı yalnız şounu sevir” ideyasının yanlış olduğunu, Azərbaycan tamaşaçısına daha keyfiyyətli xəbər təqdim etməklə zövqlərin heç də tam korlanmadığını təsdiqlədi. Çox maraqlıdır ki, Real TV-nin təqdim etdiyi xarici xəbərlərə baxış reytinqi digər kanalların təqdim etdiyi xarici xəbərlərə baxış reytinqini qabaqlayır. Bu isə təsdiqləyir ki, əsas məqamlardan biri də xəbərin necə təqdim olunmasıdır.
2. Real TV xəbər məkanında başqa bir üstünlüyə də nail oldu. Fəaliyyət göstərdiyi bir il ərzində Azərbaycanın müxtəlif bölgələrindən, həmçinin, strateji əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərdən canlı yayımlar təşkil edə bildi. İlk baxışdan belə deyilə bilinər ki, canlı yayımın təşkil edilməsinin əhəmiyyəti nədir? Gəlin, suala qısa olaraq cavab verək.
a) Bu gün sosial şəbəkələrin informasiya məkanına bir başa müdaxilə etməsi və bəzən xəbərlərin təqdimatında kənar maraqların üstünlük təşkil etməsi ciddi problemə çevrilib. Buna görə də tək Azərbaycanda yox, dünyanın əksər bucaqlarında KİV elə sosial şəbəkələrin dövriyyəyə buraxdığı “xəbərləri” təkzib etmək vərdişinə yiyələnib. Təkziblər üzərində qurulan xəbər siyasəti isə sadəcə olaraq iflasın elə özüdür. Sözsüz ki, Azərbaycan mediasıda bu bəla ilə üzləşib və bəzi məqamlarda sosial şəbəkələr qarşısında aciz qalır. Televiziyalarda isə bu daha açıq şəkildə hiss olunur və bunu nəzərə alan Real TV daha çətin bir yolu seçdi. Başqa cür desək, canlı yayımlara üstünlük verməklə, təkzibçilik siyasətindən imtina etdi.
b) Aparılan sosioloji sorğular sübut edir ki, bu gün Azərbaycanda xəbərlərin tamaşaçılar tərəfindən tam həzm olunmamasının başlıca səbəblərindən biri də operativliyin aşağı həddə olmasıdır. Əhatə dairəsi məhdud olan Real TV canlı yayımlara üstünlük verməklə bir tərəfdən dairəsini genişləndirə bildi, digər tərəfdən isə Azərbaycan tamaşaçısına daha operativ şəkildə xəbər çatdıra bildi.
v) Real TV bu gün operativ xəbər təqdim etmək üçün canlı yayımlara kifayət qədər üstünlük verməsi həm də starteji maraqlarla bağlıdır. Başqa formada desək, hiss olunur ki, Real TV yaxın perspektivdə regionda xəbər istehsalçısı olmaq iddiasındadır. Bunun üçün isə operativlik və etibarlılıq əsas məsələdir.

Ünvanlaşan Real TV

Bunuda unutmaq lazım deyil ki, hazırda Azırbaycanın həyata keçirdiyi xarici siyasət hucum diplomatiyası ruhundadır və Prezident İlham Əliyev bunu dəfələrlə deyib və reallıqda bunu əks etdirir. İstər Dağlıq Qarabağ danışıqlarında, istər regional layihələrdə Azərbaycanın oynadığı rol sübutlayır ki, həqiqətən hücum diplomatiyası ən doğru seçimdir və bu gedişə tək diplomatik korpus yox, həm də vətəndaş cəmiyyəti, media hazır olmalıdır. Bir il ərzində Real TV göstərə bildi ki, televiziya məkanında yaranmış boşluğu doldurmaq, hücum diplomatiyasının tələb etdiyi qaydaları formalaşdırmaq mümkündür və bu olmalıdır. Bir olayı yada salmağa ehtiyac var. İllər öncə Türkiyə ilə Ermənistan sərhədlərinin açılması məsələsi gündəmə gəldi və bu prosesdə Azərbaycan televiziyalarının bir çoxunun tutduğu mövqe çaşqınlığı daha da artırdı. Aydın oldu ki, sadəcə olaraq, bir çox televiziyaların bu günə qədər informasiya və efir siyasəti sabun köpüyündən başqa bir şey deyil və Azərbaycan maraqlarını müdafiə etməkdə acizdirlər. Hətta bilməyərəkdən bəzi hallarda Azərbaycan maraqlarına ziddi addımlarda atdılar. Bu gün Real TV-nin həyata keçirdiyi inormasiya siyasəti isə göstərir ki, bir yaşlı kanal hücum diplomatiyasının ruhuna söykənəkli bir gediş edir və müəyyən nəticələr artıq ortadadır.

İlin müsahibəsi

Real TV-nin bir il ərzində ən böyük və ən ciddi uğurlarından biri də o oldu ki, Prezident İlham Əliyev Real TV-yə geniş müsahibə verdi. Bu müsahibədən öncə isə bir çox dövlət rəsmləri də televiziya ekranında müəyyən açıqlamaları ilə yadda qalmışdı. Maraqlıdır, Real TV-nin bu uğurunun əsas səbəbləri nə idi?

1. Sözsüz ki, ilk faktor Mirşahin Ağayev faktorudur. Azərbaycanda müstəqil televiziya yaradıcılarından biri olan Mirşahin Ağayev media məkanında hər zaman lokomotiv rolunu oynayıb və indi də bu belədir. Jurnalistin fərdi nüfuzu isə hər zaman uğurun başlanığıcıdır. Bu baxımdan Prezident İlham Əliyevin Real TV və ya Mirşahin Ağayevə müsahibə verməsi təbiidir.
2. Real TV bir il ərzində sübut etdi ki, peşəkar xəbər kanalı olmaq niyyətindədir və tam ciddiliyi ilə qarşısına daha böyük hədəflər qoyub . Belə olan halda nədən Prezident bu kanala müsahibə verməsin?
3. Real TV bir il ərzində sübut etdi ki, xəbərin arxası ilə qaçmır. Niyyəti xəbəri ortaya çıxartmaq, ən pis halda xəbərlə yanaşı, addımlamaqdır. Başqa cür desək, Real TV passiv yox, aktiv informasiya ilə təsir imkanlarını artırmaq gücündədir. Deməli, peşəkar xəbər ailəsinə çevrilən Real TV-yə yanaşma da peşəkar yanaşma olmalı idi.
Beləliklə, Azərbaycanın televiziya məkanına daxil olan Real TV bir il ərzində sübut etdi ki, peşəkar xəbər kanalına çevrilmək mümkündür və bunun üçün potensial imkanlar var. Sadəcə olaraq, xəbərlə rəftar çox vacib şərtdir. Mirşahin Ağayev isə göstərdi ki, onun bundan sonra hər hansı sübuta ehtiyacı yoxdur. Axı teorema ilə yanaşı, aksiomada var…/Mia.az/

Eldəniz Elgün

www.yenicag.az

9899
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv