Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Sürüşməyə meyilli daha iki zona tapıldı

“Bakının Səbail rayonunda Teleqüllə ətrafında olan sürüşmədən sonra iki sürüşməyə meyilli zona tapılıb, həmin ərazilər nə vaxtsa sürüşəcək”.

Yenicag.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O, qeyd edib ki, sürüşmə zonasında tədqiqatlar aparılır və bu proses uzun çəkəcək:  “Sürüşmənin dərinlik müstəvisini tapmaq lazımdır. Sürüşmənin baş verməsi, istiqamətinin hansı tərəfə getməsini müəyyən etmək və qarşısını almaq üçün addımlar atılacaq. Biz bunun qarşısını almaq üçün iş görürük. Dron çəkilişləri də aparılır, kompleks tədbirlər görülür. Ətraflarda tədqiqat aparılır, lakin üst hissədə tədqiqat aparmaq mümkün deyil. Çünki burada hələ sürüşmə prosesi davam edir. İlkin məlumata görə, sürüşmə 46 metr dərinlikdədir”.

www.yenicag.az

2823
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM