!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Teleqüllənin ətrafında baş verən yanğın SÖNDÜRÜLDÜ - VİDEO / YENİLƏNDİ

!Reklam – Yazi

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə baş verən yanğın söndürülüb.

Bu barədə Yenicag.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhimdar Cəmiyyətinin sədri Ramik Əşrəfov məlumat verib.

O bildirib ki, ilkin ehtimala görə ərazidən keçən elektrik xətlərində baş verən qısaqapanma yanğına səbəb olub: “Yanğın zamanı kol-kos və quru ot yanıb. Həmçinin ərazidə olan eldar şamı ağaclarına ziyan dəyib. Yanğın 2 ha-a yaxın ərazini əhatə edib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır və dəymiş ziyan hesablanır. Yanğın lokallaşdırılaraq qarşısı alınıb”.

*

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə kol-kos və quru ot yanır.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

www.yenicag.az

898
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv