Təlim təyyarəsi qəzaya uğradı - Ölən və yaralanan var
Tailand Hərbi Hava Qüvvələrinin təlim təyyarəsi qəzaya uğrayıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində pilotlardan biri ölüb, digəri isə ağır xəsarətlər alıb.
Təyyarə boş əraziyə düşüb.
Bildirilib ki, qəzaya səbəb uçuş zamanı təyyarənin mühərrikinin dayanması olub.
Faktla bağlı araşdırma başlayıb.