!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Temperatur 52 dərəcəyə çatdı, çobanlar görün nəyə əl atdılar - FOTOLAR

!Reklam – Yazi

Türkiyənin Adana şəhərində temperatur 52 dərəcəyə qalxaraq rekord qırıb. Sakinlərin çaylarda, göllərdə, suvarma kanallarında sərinləməyə çalışdığı vaxtda çobanlar qoyunlarını soyuq su ilə yumağa başlayıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, adanalı çoban Zəfər Oğuz qoyunlarının içdiyi suya böyük buz parçaları atıb və onları şlanqla sulayaraq sərinlətməyə çalışıb.

Oğuz şlanqla heyvanlarını bir-bir yuyub. Çobanın sözlərinə görə, daha sonra qoyunlar buzlu su içərək ölümdən xilas olublar:

“Son bir həftədə havanın temperaturu hədsiz artıb. İlk olaraq tövlənin damındakı dəmir şiferləri sökdüm ki, içəri hava keçsin. Sonra heyvanları gündə 2-3 dəfə soyuq suyla çimdirməyə başladım. Əks halda, heyvanlar istiyə dözmür və ölürdülər. Onlara buzlu su düzəldirəm, gün ərzində bir neçə dəfə sularına böyük buz parçaları atıram ki, içib sərinləsinlər. İsti ilə başqa cür mübarizə aparmaq mümkün deyil. Mənim kimi bir çox çoban heyvanlarını itirməmək üçün bunu edir, başqa çarəmiz yoxdur”./yenisabah/

COP29

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv