!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tənzilə Rüstəmxanlı gənclərlə görüşdü - VİDEO

“Davam” Gənclər Hərəkatı və “Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Türk Qadınlar Birliyi (ATQB) və Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlının gənclərlə görüşü baş tutub.

Yenicag.az xəbər verir ki, görüşdə “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, İdarə Heyətinin üzvü Rasul Çunayev, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili və davamçı gənclər iştirak edib.

Görüş zamanı Tənzilə Rüstəmxanlı Azərbaycanın şanlı Zəfəri ilə bağlı öz təəssüratlarını bölüşüb, tariximizin xarici ölkələrdə təbliği ilə bağlı fikirlərini bildirib. Çıxışında türkçülük məfkurəsinə geniş yer verən Tənzilə Rüstəmxanlı müəllifi olduğu “Türkçülük yolunda”, “Türk-müsəlman soyqırımı”, “Erivandan Hocalıya”, “İstiqlalımızın təməl daşları”, “Üç qitədə izimiz” kitabları barədə məlumat verib. Tənzilə Rüstəmxanlı daha sonra gənclərin çoxsaylı suallarını cavablandırııb.

Görüş Tənzilə Rüstəmxanlının doğum gününə təsadüf etdiyinə görə “Davam”ın sədri Nihad Allahyarlı bu münasibətlə onu təbrik edərək hərəkat adından plaket və gül buketini təqdim edib və gənclərlə birgə doğum günü qeyd olunub.

www.yenicag.az

459
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100