Tərbiyəçi-müəllim vəzifəsi üzrə müsahibəyə start verilib

media-hightechnic-468x90

Tərbiyəçi-müəllim vəzifəsi üzrə müsahibəyə start verilib.

Yenicag.az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, Noyabrın 12-dən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul müsahibəsinə start verilib.

Müsahibənin keçirildiyi məkan və vaxt barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa