Tərcümə Mərkəzində qalmaqal: Fərid Hüseyn işdən çıxarıldı

media-hightechnic-468x90

afaqferidNazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla kollektiv arasında yenidən qalmaqal yaşanıb.

Yenicag.az AzNews.az-a istinadən məlumat verir ki,  A.Məsud daha bir neçə əməkdaşı işdən uzaqlaşdırıb. Onların arasında Mərkəzin Mətbuat və Nəşr məsələləri üzrə müşaviri, şair Fərid Hüseynin də adı var.

Fərid Hüseyn AzNews.az-a məlumatı təsdiq edib: “Mən daha orada işləmirəm. Bir müddət öncə Tərcümə Mərkəzindən çıxmışam”.

Ancaq şair işdən çıxarılmasının səbəbi barədə heç nə deməyib.

AzNews.az-ın Tərcümə Mərkəzindən əldə etdiyi məlumata görə isə onun işdən çıxarılmasının səbəbi yazdığı yazılar və mətbuata verdiyi açıqlamalar olub: “Bu narazılığın son həddi isə onun bir neçə gün öncə Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərudun kitabı haqda yazısı və Lent.az-a verdiyi müsahibəsi olub”.

Mərkəzdən əlavə ediblər ki, xoşları gəlməyən insanları tərifləmək qurumun prinsiplərinə ziddir: “Ona qəti şəkildə tapşırılıb ki, bundan sonra verdiyi açıqlamaları və yazdığı yazıları Mərkəzlə mütləq razılaşdırmalıdır. Fərid Hüseyn bununla razılaşmadığı üçün ərizə yazaraq tutduğu vəzifədən istefa verib”.

Qeyd edək ki, Fərid Hüseynin yerinə Günel Şamilqızının təyin edildiyi deyilir.

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərkəzin aparat rəhbəri baş verən hadisə həm də Tərcümə Mərkəzindəki anormal mühiti üzə çıxarıb. Adətən işçilərə nəzarət və onların fəaliyyətinə senzuranın tətbiq olunması qeyri-yaradıcı sahələrdə baş verir, ədəbiyyat və mədəniyyətlə bağlı sahələr isə daha çox sərbəstliyi ilə seçilir. Belə görünür ki, Afaq Məsud və onun komandası işçilərə diktator mühiti yaratmaqla ədəbiyyatda öz dəsti-xəttlərini gətirmək istəyirlər. Çünki bu başqa cür, yəni yaradıcılıqla alınmır…

Saytın əldə etdiyi məlumata görə, Tərcümə Mərkəzinin aparat rəhbəri, məşhur şair Ramiz Rövşənin qardaşı Yaşar Əliyev Fərid Hüseyni yanına çağıraraq Afaq Məsudn qərarını açıqlayıb və bildirib ki, onların düşmənləri haqda yazı yazmamalıdır, əgər Mərkəzdə işləmək istəyirsə, bundan sonra bütün yazılarda onlarla razılaşmalıdır. Fərid Hüseyn isə qoyulan şərtlə razılaşmayb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600