Tərcümə olunmuş əsərlərin dili sizi qane edir? – Sorğu

media-hightechnic-468x90

1374152390_kitabŞekspir, Dante, Tolstoy, Dostoyevski kimi ədəbiyyat nəhənglərinin əsərlərindəki mövzu, o cümlədən hər dövr üçün aktual səslənən problemlər daim Azərbaycan oxucusunun diqqətindədir. Belə bir fikir var ki, hər hansı əsəri orjinal dildə oxuduqda onun məna tutumu daha çox olur. Adətən, ədəbiyyatçılar belə düşünürlər ki, bir əsər tərcümə olunduqda onun məğzi 30-40 % itir. Üstəlik də yaxşı tərcümə olunmamış bədii əsər oxucu tərəfindən müsbət qəbul olunmur. Müəyyən anlaşılmaz ifadələr əsərin məzmun yükünü itirir.
Yenicag.az olaraq oxucuların bu barədə fikrini öyrənməyə çalışdıq. Oxuculara “Tərcümə olunan əsərlərin dili sizi qane edirmi?” sualı ilə müracət etdik.

Əsəd Qaraqaplan: “Baxır tərcüməçiyə. Ama ümumilikdə götürəndə bu sənətin bizdə heç inkişaf etmədiyini görmək olar. Hələ üstəlik sovetin qəlbləşmiş ədəbi dilindən də əl çəkmirlər ki, mətnlər biraz nəfəs alsınlar. Yeni ruh yeni ifadələr və sözlərlə gəlir tərcüməyə. Ona görə tərcümələrə – mətnlərə azadlıq gərək”.

Rizvan Yardımlı: “Əlbətdə ki, tam qane etmir. Bunun səbəbləri müxtəlifdir. Azərbaycan dili musiqiyə tam uyuşan bir dildir. Azərbaycan dili öz zənginliyi ilə fərqlənir. Ən böyük səbəblərdən biri kimi son dövrlərdə elm, texnikanın inkişafı ilə əlaqədər dilimizə keçən alınma sözlərin dilçilərimiz tərəfindən qarşılığının işlədilməməsidir. Məsələ: Son vaxtlar meydana çıxan ” selfi ” (önçəkim sözü. Dilçi alimlər bu sözə biganə yanaşdıqları üçün həmin bu söz cəmiyyətə yayıldı. Bunu səbəbi dilçilərimizdir, şəraiti onlar yaratdı. Əgər bu sözün qarşılığı vaxtında işlədilsəydi bu söz ” selfi” adı ilə yayılmazdı. univercitet tələbəsi olaraq bir oxucu kimi Suala cavab olaraq demək istərdim ki, tərcümə edilmiş əsərlər heç də ürəkaçan səviyyədə tərcümə olunmadığı üçün məni tam qane etmir.

Xanım Nağıyeva: “Demək olar ki, xarici ədəbiyyatı ancaq tərcümə olunmuş versiyadan oxuyuram. Oxuduğum əsərlərdə elə ciddi səhvlər nəzərimə çarpmayıb. Elə ən son Cek Londonun “Ağ Diş” əsərini Kamran Nəzirlinin tərcüməsində oxudum. Çox təsirli idi. Ümumiyyətlə Cek Londonun əsərləri çox təsirlidir”.

Fəxrəndə Dəmirli: “Sadəcə Vilayət Hacıyevin tərcümələri məni qane edir. Digərlərini heç oxumuram”.

İlqar Namə: “Demək olar ki, yox. Ölkəmizdə Azərbaycan dilinə tərcümə olunan əsərlər qənaətbəxş deyil. Qeyri-professional tərcümə olunur”.

Fidan Həsənzadə: “Azərbaycanda tərcümə olunan əsərlər məni qətiyyən qane etmir. Ona görə də kitablarımı Türkiyədən sifarişlə alıram”.

Fazil Nəsirli: “O qədər də bədii əsərlər oxumuram. Amma ümumilikdə dilimizə tərcümə olunmuş əsərlər məni qane etmir”.

Ülkər Eldarqızı: “Bəziləri qane edir. Bəziləri isə ümumiyyətlə heç nə anlamaq olmur. Tərcüməsini sevmədiyim kitaba “Siçanlar və adamlar”-ı misal göstərə bilərəm. Nə qədər çalışdım, oxuya bilmədim. Orfoqrafiya və tərcümə dəhşətdir”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600